"Qalatasaray" "Porto”nun qapıçısı Dioqo Kosta üçün təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, Portuqaliya nəhəngi kapitanını klubdan göndərmək istəmir. “A Bola” nəşrinin məlumatına görə, “Qalatasaray” Dioqo Kosta üçün 20 milyon avro təklif edib. Məlumata görə, "Porto” təklifi təklif rədd edib. Qapıçının sərbəst qalma məbləği 75 milyon avrodur. "Porto” Kostanı komandanın əvəzedilməz hissəsi hesab edir və danışıqlar aparmaq niyyətində deyil.
Qeyd edək ki, Fernando Musleranın gedişindən sonra "Qalatasaray" yeni qapıçı axtarışlarına başlayıb. "Qalatasaray"ın ilk seçimi "Mançester Siti"nin futbolçusu Ederson olsa da, razılıq əldə olunmayıb.