Türkiyənin “Beşiktaş” klubu futbolçusu Məhəmməd Əl-Musratini icarəyə verib.
Metbuat.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını qarşıdakı bir il ərzində İtaliyanın “Verona” komandasında davam etdirəcək.
Qeyd edək ki, Məhəmməd Əl-Musrati 2024-cü ildə Portuqaliyanın “Braqa” klubundan “Beşiktaş”a keçib.