"Barselona" Zaqreb "Dinamo"sunun futbolçularının xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, "Barselona"nın idman direktoru Deko 3-1 hesabı ilə yekunlaşan “Dinamo Zaqreb” - “Fənərbaxça” matçını stadionda izləyib. “Sport”un xəbərinə görə, Deko Xorvatiyanın paytaxtı Zaqrebdə olarkən braziliyalı gənc Rafael Belinyo ilə qeyri-rəsmi görüş keçirib. Məlumata görə, görüş tanışlıq məqsədi ilə olub. Görüş kluba potensial transferdən əvvəl perspektivli oyunçu ilə birbaşa əlaqə yaratmağa imkan verib.

Həmçinin “Barselona” yarımmüdafiəçi Kardoso Varelanın xidmətində maraqlıdır.