Əməkdar artist Nahidə Orucova “Günə baxan” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbər aktrisanın həyatı ilə bağlı maraqlı faktı açıqlayıb.
O, N.Orucovanın qardaşının dostu tərəfindən qətlə yetirildiyini deyib.
Göz yaşlarını saxlaya bilməyən aktrisa illər əvvəl baş verən həmin hadisədən danışıb:
“Bircə qardaşım var idi. Məndən on il sonra dünyaya gəlmişdi. Ailəmizin sonbeşiyiydi. Dostu tərəfindən qətlə yetirilib. Yatdığı yerdə şüşə ilə başına vurub. Bizim analarımız rəfiqə olublar. Bu hadisə 1997-ci ildə olub. Çox çətin idi. Bu hadisəni heç vaxt danışmamışam, çalışmışam gizlədim. 25 yaşı var idi, 1 övladı olmuşdu. İndi o uşaq anasının yanındadır. 18 yaşı var. Müəyyən vaxta qədər gördük, amma indi onlardan xəbərimiz yoxdur. Gəlinimizlə aramızda söz-söhbətlər oldu. Elə bilirdi ki, evi əlindən alacağıq. Amma bizi qardaşımız maraqlandırırdı, mənzil yox”.