İtaliya Hərbi Hava Qüvvələrinə məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, hadisə paytaxt Romadan 100 kilometr cənubda Sabuadiadakı Circeo Milli Parkında qeydə alınıb. Məlumata görə, “T-260B” təyyarəsinin göyərtəsində olan iki əsgər həlak olub. Bildirilir ki, hadisə Latinadakı 70-ci eskadrilyaya məxsus “T-260B” təyyarəsi təlim uçuşu həyata keçirərkən qeydə alınıb.
Hadisədən sonra İtaliyanın baş naziri Giorgia Meloni təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.