Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Metbuat.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

***

00:30

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.

Metbuat.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

84-cu dəqiqədə Floryen Toven fərqlənib.

***

00:15

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.

Metbuat.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.

***

23:53

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı norveçli baş hakim Rohit Saqqi idarə edir.

***

23:34

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Kilian Mbappe adını tabloya yazdırıb.

***

22:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa - Azərbaycan matçına start verilib.

Metbuat.az-ın məlumatına görə, qarşılaşma Parisdəki "Park de Prens"" stadionuda keçirilir.

Matçı norveçli baş hakim Rohit Saqqi idarə edir.