[ 10 İyun 2015 17:22 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozmaqda təqsirli bilinən Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Səlimbəyli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Səlimbəyli Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə ittiham edilib.

V. Səlimbəyli 14 yaşında adam öldürməkdə təqsirli bilinib. O, 9 il müddətinə azadlıq məhrum edilib. Bu gün ona hökm oxunan zaman əvvəlki cəzası ilə yeni cəzası toplanılıb və qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.