Elektron əmək müqaviləsinə keçid 1 milyon 827 min və ya 96 faiz təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında Xidmət rəisi Vəli Quliyev bildirib.

O qeyd edib ki, işçi və işəgötürənlərlə əlaqənin gücləndirilməsi və müraciətlərin vaxtında araşdırılması məqsədilə zənglər “142” Çağrı Mərkəzi vasitəsilə qəbul olunub, inzibati xətalar üzrə işlərə 1 466 halda videokonfrans formatında baxılıb.

Fotoda: Vəli Quliyev

1,8 milyondan çox elektron əmək müqaviləsi qeydə alınıb

Vəli Quliyev bildirib ki, görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib. Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödəniş, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub. Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib.

Gülbəniz Hüseynli / Metbuat.az