Bakı, 11 iyun, AZƏRTAC
“Muğanbank”ın baş ofisində iyunun 15-də, saat 10-da adsız istiqrazlar üzrə lotereyanın 45-ci tirajı keçiriləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.
“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bank 50 milyon manat dəyərində 1 milyon ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.
İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.
Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2 faiz gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.
Ətraflı məlumatı bankın məlumat mərkəzindən, (012) 933, 564 35 11 telefon nömrəsindən
bankın rəsmi saytı http://www.muganbank.az/ və Facebook və Twitter səhifələrindən əldə etmək olar.