Müğənni Ayan Babakişiyeva bu il istirahətə gedə bilməyəcək.

İfaçı bu haqda Axşam.az-a açıqlamasında deyib:

“Artıq anayam, qızım var. Bütün planlarımı Selenanın üstündə qururam. Ötən il də istirahətə gedə bilməmişdim. Yalnız payızda qardaşımla birlikdə getdim. İstəyərdim Selenanı da özümlə harasa aparım. Amma alınmır. Bu artıq istirahət olmayacaq. Dincəlməyə heç vaxt onunla getmərəm. Çünki bütün fikrimi, vaxtımı ona ayıracam, özüm dincəlməyəcəm”.