Bakı, 11 iyun, AZƏRTAC
“AtaBank” ASC müştərilərin rahatlığı üçün metro stansiyalarında yeni tipli bankomatlar yerləşdirir.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, yeni bankomatlar “Elmlər Akademiyası”, “Qara Qarayev” və “Əhmədli” metro stansiyalarında quraşdırılaraq müştərilərin ixtiyarına verilib. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 85 ədəd təşkil edir. Onlardan 3-ü səyyar bankomatlar olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz, İsmayıllı və Gədəbəy rayonlarının ucqar kəndlərində, həmçinin Mingəçevir şəhərində müştərilərin xidmətindədir.