Müğənni Samir Cavadzadə Show.az-a qısa müsahibə verib. Müğənni Murad Dadaşovla iş birliyindən danışıb:
"Hamı bilir ki, MGP-nin çox böyük komandası var və çox peşəkardırlar. Mən ilk növbədə çox şadam ki, Murad Dadaşovla işbirliyi edəcəm. Avropa Oyunlarından sonra iş birliyinə başlayacağam. Bu, bir neçə illik müqavilə olacaq. Həm MGP-nin üzvü, həm siması, həm ifaçısı olacam".
- Ay Samir, bəs nə vaxt ailə qurursan?
- Nədənsə hamı məni evləndirmək istəyir. (gülür) Düzünü deyim, hələ münasibət tam formalaşmayıb ki, belə ciddi məsələlərə keçək. Hələ var, darıxmayın. (gülür)
- Toy mediaya açıq olacaq yoxsa yox?
- Mediaya bağlı olacaq, amma bəzilərinə icazə verəcəyəm.
- Bəs qız şou-biznez nümayəndələrindəndir?
- Yox! Yox qətiyyən.
Milli.Az



