Türkiyədə hazırlıq keçən "Səbail" növbəti yoxlama oyununu keçirib.
Metbuat.az xəbər verir ki, Boluda təlim-məşq toplanışında olan Bakı klubu "Sakaryaspor"la qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənərək görüşü 1:1 hesabı ilə başa vurublar.
Qeyd edək ki, "Səbail" hazırlıq çərçivəsində ilk yoxlama oyununda Şimali Kipr Respublikasının TOL klubunu 1:0 hesabı ilə məğlub edib.