Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Bildirilib ki, son günlər səhhəti ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
1970-ci il təvəllüdlü N. Qasımova jurnalistikaya 1992-ci ildə başlayıb. O, müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” və “Exo” qəzetlərində çalışıb. Son illərdə “Minval Politika”da siyasi şərhçi kimi fəaliyyət göstərib.
N. Qasımova Həsən bəy Zərdabi və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə ona “Əməkdar jurnalist” fəxri adı verilib.