“Qalatasaray”ın transfer siyahısında ilk sırada yer alan Rafael Leao ilə bağlı yeni iddia ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, portuqaliyalı futbolçunun “Milan” rəhbərliyinə yalnız İstanbul klubuna keçmək istədiyini bildirdiyi və digər təklifləri rədd etdiyi qeyd olunur. Məlumata görə, 27 yaşlı hücumçu transfer baş tutmasa, “Milan”da qalaraq müqaviləsinin sonunadək çıxış etməyə hazırdır. Leao ilə “Qalatasaray” arasında mümkün keçidlə bağlı danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Rafael Leao ötən mövsüm “Milan”ın heyətində 31 rəsmi oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun transfer dəyərinin təxminən 50 milyon avro olduğu qeyd edilir.