“Qalatasaray” yeni transferi Rafael Leaonun maliyyə şərtlərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, “Milan”a futbolçunun transferi üçün 38 milyon avro sabit məbləğ ödəniləcək. İstanbul klubunun açıqlamasına görə, Leaonun gələcəkdə başqa kluba satışından əldə olunacaq qazancın 20 faizi İtaliya təmsilçisinə veriləcək. Bildirilir ki, 27 yaşlı portuqaliyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, futbolçu hər mövsüm üçün 10 milyon avro xalis zəmanətli maaş alacaq.
Klubun açıqladığı rəqəmlərə görə, futbolçunun 4 illik müqaviləsi üzrə yalnız zəmanətli maaş xərci 40 milyon avro olacaq.