“Arsenal”ın braziliyalı futbolçusu Qabriel Martinelli Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olub.

Metbuat.az xəbər verir ki, 25 yaşlı sol cinah oyunçusu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. "Əl-Hilal" "Arsenal"a 70 milyon avro ödəyib. Braziliyalı futbolçunun “Əl-Hilal”da illik 20 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Qabriel Martinellinin adı son dövrlərdə “Qalatasaray”la da hallanırdı. Məlumata görə, İstanbul təmsilçisi onun transferi üçün danışıqlar aparsa da, yüksək təzminat məbləği səbəbindən razılaşma baş tutmayıb. Martinellinin “Qalatasaray”la şəxsi müqavilə şərtləri üzrə razılığa gəldiyi barədə iddialar dərc edilmişdi.

Martinelli 2019-cu ildən formasını geyindiyi “Arsenal”da bütün turnirlərdə 278 matça çıxıb və 62 qol vurub. O, Braziliya millisində isə 27 görüşdə 5 dəfə fərqlənib.