“Qalatasaray”ın portuqaliyalı ulduzu Rafael Leao UEFA Çempionlar Liqasının ilk turunda keçmiş klubuna qarşı keçirilən matçda gözlənilməz reaksiya ilə üzləşib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Sportinq”in yetirməsi olan Leao qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. İkinci hissədə meydana daxil olan futbolçu elə ilk dəqiqələrdən azarkeşlərin sərt etirazı ilə qarşılaşıb.
“Sportinq” tərəfdarları Leao hər dəfə topa toxunduqda onu fitə basıblar. Bu münasibət portuqaliyalı futbolçunun matçdan əvvəl verdiyi açıqlamadan sonra xüsusilə diqqət çəkib.
Leao keçmiş klubuna olan sevgisini ifadə edərək “Sportinq” mənim evimdir. Bir gün bura qayıtmaq istərdim” deyib. Lakin onun bu sözləri azarkeşlərinin etirazına mane olmayıb.