Argentina millisində Lionel Messidən sonrakı kapitan müəyyənləşib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Lionel Messi və Nikolas Otamendinin milli komandadakı karyeralarını başa vurmasının ardından kapitan sarğısı Kristian Romeroya həvalə olunub.
Baş məşqçi Lionel Skaloni yeni kapitan kimi 28 yaşlı müdafiəçini seçib. Hazırda İspaniyanın “Atletiko Madrid” klubunda çıxış edən Romero Argentina millisinin heyətində 58 rəsmi oyuna çıxıb.
Müdafiədəki inamlı çıxışı ilə seçilən futbolçu hücumlara verdiyi töhfə ilə də diqqət çəkir. O, bundan sonra Argentina millisinin kapitanı kimi komandasına rəhbərlik edəcək.