Xəbər verdiyimiz kimi, ötən gün Ağdaş sakinini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.
Hadisə nəticəsində dünyasını dəyişən şəxsin fotosunu təqdim edirik: