“Qalatasaray” “Real Madrid”in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanın xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, klub rəhbərliyi mövsümün fasiləsində 23 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Məlumata görə, baş məşqçi Okan Buruk Kamavinqanın çox yönlü olması səbəbindən onun transferində israrlıdır. Bildirilir ki, Kamavinqanın “Qalatasaray”a keçidində “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun qərarı əsas rol oynayacaq.
“Qalatasaray”ın isə Kamavinqa üçün icarə təklifi hazırladığı və futbolçuya müntəzəm oyun şansı vəd etməklə transferə razılıq almağa çalışacağı bildirilir.