Bakı qırğını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir

15:28 20 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 20 yanvar, AzərTAc 
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü Tərtər rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
AzərTAc xəbər verir ki, yanvarın 20-də rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqallar və gənclər Tərtər şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə tər çiçəklər düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə ətraflı danışıblar. Bildirilib ki, 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbir iştirakçıları Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, bu siyasi xəttin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildiriblər.
Mərasimdə rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin hazırladığı “Şəhidlər ölmürlər” adlı ədəbi-bədii kompozisiyaya göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_qirgini_insanliga_qarsi_toredilmis_en_agir_cinayetlerdendir-826082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR