Bakı, 12 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyunun 19-da Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.
ƏMDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaş qəbulu saat 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilərlər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349),
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi: (02221) 5 52 90, (02226) 5 08 69, (02220) 5 23 75.