“Fənərbağça”nın ulduz futbolçusu Nqolo Kantenin Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın açıqlayacağı heyətdə yer almayacağı iddia edilib.
Metbuat.az xəbər verir ki, Fransa mətbuatında yayılan məlumatlara görə, 35 yaşlı yarımmüdafiəçi Zidanın Fransa millisindəki ilk heyətinə daxil edilməyəcək. Yeni baş məşqçinin milli komandanın heyətini bu gün açıqlaması gözlənilir.
Kante Fransa millisinin heyətində sonuncu dəfə iyunun 8-də Şimali İrlandiyaya qarşı keçirilən yoldaşlıq görüşündə meydana çıxıb. Təcrübəli futbolçu indiyədək Fransa millisində 69 oyun keçirib və 2 qol vurub.
Zidanın rəhbərlik etdiyi Fransa millisi Millətlər Liqasında ilk oyununu sentyabrın 25-də Türkiyəyə qarşı keçirəcək. Ardınca Fransa sentyabrın 28-də Belçika, oktyabrın 2-də İtaliya və oktyabrın 5-də yenidən Belçika ilə qarşılaşacaq.
Kantenin milliyə çağırılmayacağı ilə bağlı xəbərin nə dərəcədə doğru olduğu isə Zidanın bu gün açıqlayacağı heyətdən sonra rəsmiləşəcək.