“Real Madrid”in “Atletiko Madrid”ə 1:2 hesabı ilə məğlub olduğu görüşdə rəqibin Arda Gülerə qarşı tətbiq etdiyi taktika Joze Mourinyonun narazılığına səbəb olub.

Metbuat.az xəbər verir ki, İspaniya La Liqasının 7-ci turunda keçirilən Madrid derbisində “Real Madrid” “Atletiko Madrid”ə 1:2 hesabı ilə uduzub. Arda Güler qarşılaşmada 54 dəqiqə meydanda olub. “Defensa Central”ın məlumatına görə, “Atletiko Madrid” derbidə Arda Gülerə qarşı daha çox fiziki təmasdan istifadə edib. Bildirilir ki, bu taktika nəticəsində türk futbolçu mövsümdəki ən təsirsiz çıxışlarından birini nümayiş etdirib.

Məlumata görə, Joze Mourinyo Arda Gülerin yüksək səviyyəli oyunlarda fiziki mübarizələrdə geridə qaldığını hesab edir. Portuqaliyalı mütəxəssis Arda ilə yanaşı Kilian Mbappe, Vinisius Junior və Federiko Valverdenin də ikili mübarizələrdə geri çəkilməsindən narazı qalıb.