Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbaxça” “Eyüpspor”u 8:0 hesabı ilə məğlub edərək klub tarixinin ən böyükhesablı qələbələrindən birini qazanıb.

Metbuat.az xəbər verir ki, tarixi məğlubiyyətdən sonra “Eyüpspor”da baş məşqçi Özhan Pulatın istefa verib. Bildirilir ki, 41 yaşlı mütəxəssisin istefa müraciəti rəhbərliklə aparılan müzakirədən sonra qəbul edilib. Pulat matçdan sonra məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb. Pulat mövsümün əvvəlində 4-4,5 milyon avro büdcə ilə qısa müddətdə komanda qurduqlarını qeyd edib. O, “Eyüpspor”un baş məşqçisi kimi fəaliyyətinə son verərkən klub rəhbərliyinə və komandasına təşəkkür edib. Qeyd edək ki, Özhan Pulat daha əvvəl “Hatayspor”, “Adanaspor” və GMG Kastamonu komandalarını çalışdırıb.