“Mercedes” pilotu Kimi Antonelli “Formula 1” üzrə Azərbaycan Qran-prisinin Bakıdakı sessiyası zamanı qəza ilə üzləşib.
Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, Antonelli 1-ci döngədə bolidinin sol ön təkəri ilə divara toxunub. Zərbə nəticəsində bolidin asqı sistemindəki dartı qolu (track rod) qırılıb və italiyalı pilot sessiyanı davam etdirə bilməyib.
Hadisədən əvvəl Antonelli komandasına divara toxunduğunu bildirmişdi. Daha sonra “Mercedes” mühəndisi Piter Bonnington problemin sessiya ərzində aradan qaldırıla bilməyəcəyini deyib.
Antonellinin bolidinin növbəti sessiyaya qədər təmir ediləcəyi gözlənilir.