“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda Q2 mərhələsi başa çatıb.

Metbuat.az xəbər verir ki, “Mercedes” pilotu Corc Rassell 1:43.462 nəticə ilə sessiyanın ən yaxşı göstəricisinə imza atıb.

Maks Ferstappen Rassellə yaxın nəticə göstərərək ikinci olub. Niderlandlı pilot liderdən cəmi 0,02 saniyə geri qalıb. Şarl Lekler isə nəticəsini yaxşılaşdırsa da, üçüncü pillədə qalıb.

Son dəqiqələrdə Franko Kolapintonun sürətli dövrəsi Oliver Bearmanı ilk “10-luq”dan kənarlaşdırıb və Q3-ə keçməsinə mane olub.

Q2-də mübarizəni dayandıran pilotlar Oliver Bearman, Liam Louson, Aleks Albon, Esteban Okon, Arvid Lindblad və Kimi Antonelli olublar. Antonelli daha əvvəl bolidində yaranan problem səbəbindən sessiyanı davam etdirə bilməyib.

Beləliklə, Azərbaycan Qran-prisində poul mövqeyi uğrunda mübarizə Q3-də davam edəcək.