“Formula 1” pilotu Oscar Piastri sıralanma turundan sonra çempionluq uğrunda mübarizə, mövsüm ərzində edilən səhvlər və özünəinamın əhəmiyyəti barədə danışıb.
Metbuat.az xəbər verir ki, Piastri qeyd edib ki, çempionluq uğrunda mübarizə aparan pilotların belə mövsüm ərzində səhvlərə yol verməsi normaldır:
“Bu mövsüm etdiyi səhvlərə baxmayaraq, düşünürəm ki, bu gün göstərdiyimiz performans əla idi. O, demək olar ki, bütün mövsüm qüsursuz çıxış edib. Ümumiyyətlə, çempionluq qazanan pilotların mövsümünə baxanda yol boyu müəyyən səhvlərin olduğunu görürük”.
Avstraliyalı pilot çempionluq şansı riyazi olaraq davam etdiyi müddətdə mübarizədən əl çəkməyəcəyini bildirib:
“Mən artıq mübarizənin mümkün olmadığı ana qədər inanmağa və mübarizə aparmağa davam edəcəyəm. Heç bir təzyiq hiss etmirəm. Əksinə, hər dəfə bolidə əyləşəndə həyəcan hiss edirəm. Çünki özümə olan inamım getdikcə artır”.
Piastrinin sözlərinə görə, özünəinam pilotun trasdakı çıxışına birbaşa təsir göstərir. O bildirib ki, inam artdıqca müsbət dinamika yaranır, geridə qalmaq və özünəinamı itirmək isə pilotu limitləri daha çox zorlamağa sövq edir və nəticədə səhvlərin başvermə ehtimalını artırır.