“Red Bull” pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisinin Bakıdakı sessiyasında sürətli dövrəsi ilə liderliyə yüksəlib.
Metbuat.az xəbər verir ki, niderlandlı pilot 1:44.041 nəticə göstərərək sıralamada birinci yerə çıxıb.
Ferstappendən sonra komanda yoldaşı İsak Hacar 1:44.161 nəticə ilə ikinci pillədə qərarlaşıb. Beləliklə, “Red Bull” pilotları həmin anda ilk iki yeri tutublar.
Sessiyanın əvvəlində Ferstappen bolidinin trasın səthinə həddindən artıq toxunmasından şikayət etsə də, daha sonra ikinci sektorda vaxtını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ən sürətli nəticəyə imza atıb.