İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb.
"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.
19.12
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
"AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.