Bu gün Yeni Suraxanı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb:
"Təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq".