Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü zamanı “Williams” komandası problemlə üzləşib.
Metbuat.az-ın məlumatına görə, komandanın bolidlərindən birində pit-leyndə əyləc sistemində yanğın qeydə alınıb.
Bundan başqa, “Williams” pilotu Aleks Albon əyləclərdə qeyri-sabitlik hiss etdiyini bildirib. Məlumata əsasən, hazırda bir neçə pilot oxşar problemlərlə üzləşir.
Hadisənin səbəbi və bolidə dəyən zərərlə bağlı əlavə məlumat verilməyib.