Bakıda Formula 1 həyəcanı bu axşam fərqli ritmdə davam edəcək. Dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kelvin Harris bu gün Bakı Kristal Zalında çıxış edərək Azərbaycan Qran-Prisinin 10-cu yubiley həftəsonuna musiqili proqramı ilə rəng qatacaq.

“We Found Love”, “Summer”, “One Kiss” və digər qlobal hitləri ilə tanınan Kelvin Harrisin çıxışı Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin əyləncə proqramının əsas tədbirlərindən biridir. Gün ərzində Bakı Şəhər Halqasında davam edən sərbəst yürüşlərdən sonra axşam saatlarında diqqət musiqiyə yönələcək.

Yubiley Qran-Prisinin musiqi proqramı sabah da davam edəcək. 25 sentyabrda dünya şöhrətli pop ulduzu Keti Perri Bakı Kristal Zalının səhnəsində yer alacaq.