“Artıq 10 ildir ki, buradayıq. Möhtəşəm tras, möhtəşəm yarışlar və şəhərdə əla atmosfer var. Burada həm yaxşı, həm də pis xatirələrimiz olub".
Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bunu “Red Bull Racing” komandasının rəhbəri Laurent Mekies Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini bölüşən zaman deyib.
Mekies Bakıdakı yarışların xüsusi atmosferə malik olduğunu və şəhərdə keçirdikləri illər ərzində həm yaxşı, həm də pis xatirələrinin yarandığını bildirib:
"Ötənilki qələbəmiz və Maksla bağlı gözəl xatirələrimiz var. Düşünürəm ki, hamımız Bakı şəhərinə gəlməyi və burada yarışmağı sevirik. Burada heç vaxt darıxdırıcı həftəsonu olmur”, – deyə Mekies bildirib.