Bakı, 12 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 milyon manat olub. İstiqraz vərəqələri 2024-cü il noyabrın 21-də ödəniləcək.