“Atletiko Madrid”in hücumçusu Xulian Alvares transfer gərginliyindən sonra agenti Fernando İdalqo ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, mövsümün əvvəlində “Barselona” argentinalı futbolçunu heyətinə qatmaq istəyib, lakin Madrid təmsilçisi onun satışına razılıq verməyib. “Marca”nın məlumatına görə, transfer danışıqlarının nəticəsiz qalması klub rəhbərliyi ilə futbolçunun ətrafı arasında narazılığa səbəb olub. Baş verənlər Alvaresin azarkeşlərlə münasibətlərinə də təsir edib və hücumçu tənqidlərə məruz qaldı. Onun yeni agentinin sabiq futbolçu Xavyer Pastore olması gözlənilir. “Barselona”ya keçid alınmadığı üçün 26 yaşlı forvardın karyerasını “Arsenal”da davam etdirməyə müsbət yanaşdığı bildirilir.

“Barselona”nın futbolçunun transferindən imtina etdiyi iddia edilir.