Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.
Metbuat.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib. “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Hazırda 16 xala malik "ağ-qaralar" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik qonaqlar isə ikinci yerdədir.
Turun bu gün baş tutan açılış matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.