Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2026-cı ilin birinci yarısında 18,7 faizə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Bildirilib ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2019-cu ildə 11,5 faiz olduğu halda, 2023-cü ildə 15,8 faizə, 2024-cü ildə 18 faizə, 2025-ci ildə isə 18,5 faizə yüksəlib.
Ataxan Həsənov deyib ki, istehlak kreditləri portfelində borcun gəlirə nisbəti 45 faizdən aşağı olan kreditlərin payı 2025-ci ilin iyun ayı ilə müqayisədə 38 faizdən 37 faizə enib.
O, təqdimat zamanı əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikasının müşahidə olunduğunu, lakin yüksək kreditləşmə tempi fonunda borc yükünün gəlirlərə nisbətinin artdığını diqqətə çatdırıb.
Vurğulanıb ki, əhalinin borc yükü ilə bağlı risklərin diqqət mərkəzində saxlanılır.