Azərbaycanın U-15 millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Vyetnam yığması ilə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra millimiz sabah saat 11:30-da Əfqanıstan yığması ilə 83-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan komandası AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Qrup mərhələsində Timor-Leste (6:0), Andorra (1:0) və İsrail (3:1) üzərində qələbə qazanan yığma Avstraliyaya (1:3) və Haitiyə (0:4) uduzub.

C Divizionunda isə millimiz Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə üstələyib.

Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaların komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da yekunlaşacaq yarış Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.