"Euronews telekanalının Avropa oyunlarının açılış mərasimini işıqlandırmaması həm təccüblüdür, həm də gözlənilən idi".
Bu sözləri Milli.Az-a Trend Beynəlxalq infotmasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, açılış mərasimindən öncə dəfələrlə Euronews kanalında Oyunlarla bağlı reklam xarakterli çarxlar göstərilirdi. Yəqin ki, bu, maliyyə baxımından onlara qazanc gətirirdi.
"Məlumdur ki, ümumiyyətlə, Oyunların yayılması ilə bağlı Beynəlxalq İdman Teleyayımı Şirkəti ilə "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsi saziş imzalayıb. Bütün yayım hüquqları bu şirkətə məxsusdur. Burada iki variant ola bilər. İqtisadi və siyasi. Yəni Yayım şirkəti ilə Euronews razılığa gələ bilməyiblər. Ya da ki, Evronews kanalı siyasi ambisiyalara qatılıb və ikili oyun aparır", - A.Nağıyev əlavə edib.
Arzu Nağıyev bu məsələnin erməni lobbisinin təsiri və ya son vaxtlar ortaya atılmış "Siyasi məhbus" anlayışı ilə bağlı olduğumu da ehtimal edir.
"Yoxsa bu necə Avropa kanalıdır ki, 50-yə yaxın Avropa dövlətinin təmsil edildiyi açılışı yayımlamır. Düşünürəm ki, bu, siyasi ambisiyalardan başqa bir şey deyil", - o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az