Bu gün "Bakı-2015" ilk Avropa Oyunlarında taekvondo yarışında iki çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.

Metbuat.az-ın xəbərinə görə, az öncə bitən matçda polşalı rəqibi Karol Robakı qızıl xal sayəsində 10:9 hesabıyla məğlub edən təmsilçimiz Ayxan Tağızadə ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Kişilər, 68 kq.

İlkin raund - Pantar Jure (Slovakiya) - Ayxan Tağızadə - 3:11
1/4 final- Ayxan Tağızadə - Joel Bonila Qonsales (İspaniya) - 7:5
1/2 final - Aleksey Denisenko (Rusiya) - Ayxan Tağızadə - 5:7

FİNAL - Ayxan Tağızadə - Karol Robak (Polşa) - 10:9 (qızıl xal)