ANS-in aparıcısı Elgiz Əkbər “Günə baxan” verilişində özü ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, o, heç vaxt oruc tutmadığını deyib:

“Etiraf etmək eyib deyil. Mən də indi bir məsələni etiraf edəcəm: Həyatımda heç vaxt oruc tutmamışam. Heç bir dəfə də olmayıb. Buna səbəb işimdir. Bu il özümü hazır hiss edirəm, oruc tutacam. Dünən işim gec bitdi. Ona görə də səhər oyana bilmədim. Amma sabahdan mütləq tutmağa başlayacam”.