“Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər Milli Qəhrəman Mübariz İbrahimovun qəbrini ziyarət etdi.

Milli Qəhrəmanın ziyarətinə səbəb onun məhz bu gün -18 iyunda şəhid olması idi. Mübarizin qəbri önünə qərənfillər düzən aparıcı hisslərini belə bölüşdü:

“O bizim hamımız üçün döyüşdü və qəhrəman oldu. Mənə qəbristanlıqda çalışan insanlar bildirdilər ki, Mübarizin ad günü və şəhid olan günü onu minlərlə insanlar onu ziyarət edir, məzarı önünə əklillər qoyurlar”.

Aparıcı Elgiz bütün şəhidlərə Allahdan rəhmət dilədi, səngərlərdə döyüşən əsgərlərimizə isə can sağlığı və dözüm arzuladı.

Qeyd edək ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov 2010-cu ildə Tərtərin Çaylı kəndində torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölmündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı və ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda “İlin adamı” (2010) adı verilib.