Azərbaycan, Bakı, 18 iyun /Trend/
Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülükdə qalib gələn gimnastların mükafatlandırma mərasimində iştirak edib.
Trend-in məlumatına görə, Azərbaycanı bu yarşda təmsil edən Oleq Stepko gümüş medal qazanıb.
Qeyd edək ki, birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub. Üçüncü yerdə isdə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az