Ermənilər: "Rusiyanın işğalındayıq"

Ermənilər: "Rusiyanın işğalındayıq"
22:32 18 İyun 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan Rusiya tərəfindən işğal vəziyyətindədir."

Milli.Az anspress-ə istinadən bildirir ki, bu fikri Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan keçirdiyi mətbuat konfransında söyləyib.

O deyib ki, biz həm hava, həm də quru sahədə işğal vəziyyətindəyik: "Ermənistanın belə vəziyyətdən alternativ çıxış yollarını tapması lazımdır. Məsələn, İran-Ermənistan dəmir yolunun tikintisi ölkənin işğal vəziyyətindən çıxmasına imkan verəcək."

Onun sözlərinə görə, burada yalnız iqtisadi amil əhəmiyyətli deyil.

S.Qriqoryan "Rusiya Dəmir Yolları"nın başçısı Yakuninin İran-Ermənistan dəmir yolu xəttinin tikintisi Rusiya ilə razılaşdırılmalıdır bəyanatının hiddət doğurduğunu deyib: "Bu, sizin, Rusiyanın səlahiyyətində deyil. Getsinlər öz işləri ilə məşğul olsunlar. Biz özümüz nə etdiyimizi çox yaxşı bilirik."

Beləliklə, yeni Ermənistan - Rusiya qarşıdurması başlayır. Moskvanın açıq-aydın tənqid atəşinə tutulması yeni gərginlikdən xəbər verir. Rusiyanın icazəsi olmadan İrəvanın İranla dəmir yolu xətti çəkməsi Kremldə birmənalı qarşılanmır. Qərb siyasətinə dəstək verən erməni politoloqları isə ölkənin indiki bərbad vəziyyətinin səbəbkarı kimi Rusiyanı günahlandırırlar. Bir sözlə, Qərblə Rusiya İrəvanda toqquşur. Bu toqquşma isə indiki rejimin iflası üçün ciddi əsas olacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı