Birinci Avropa Oyunlarında suya tullanma üzrə yarışların ikinci gününə start verilib

10:28 19 İyun 2015
28 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, T.Ağayeva, Ü.Əhmədova, AZƏRTAC
İyunun 19-də Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışların ikinci gününə başlanılıb.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə idmançılar bir metr hündürlüyündə tramplindən və üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə mübarizə aparır.
Qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Olqa Bikovskaya təmsil edəcək.
Hər iki növ üzrə yarışın final mərhələsi bu gün təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarinda_suya_tullanma_uzre_yarislarin_ikinci_gunune_start_verilib-865162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR