Gimnastlarımız çıxışa hazırlaşır - yenilənir

Gimnastlarımız çıxışa hazırlaşır -  yenilənir
12:56 19 İyun 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları başlayıb. Fərdi yarışlarda həlqə, top, gürz və lent ilə hərəkətlər təqdim olunur.

Axşam.az-ın məlumatına görə, xalçaya ilk olaraq Viktoriya Veynberq Filanovski (İsrail) topla çıxdı. Sonra Kseniya Moustafayeva (Fransa) gürzlə, Mariya Mateva (Bolqarıstan) lentlə, Marqarita Mamun (Rusiya) halqa ilə fərdi çıxışlar etdilər.
_________

Azərbaycan təmsilçiləri Ayşən Bayramva və Marina Durunda B qrupunda çıxış edəcəklər. Bu qrupda gimnastların çıxış ardıcıllığı belədir: Ayşən Bayramova (Azərbaycan), Katsiaryna Halkina (Belarus), Neviana Vladinova (Bolqarıstan), Yana Kudryavtseva (Rusiya Federasiyası), Melitina Staniouta (Belarus), Marina Durunda (Azərbaycan), Nikol Ruprext (Avstriya) Karolina Rodriges (İspaniya), Salome Pazhava (Gürcüstan), Ana Luiza Filiorianu (Rumıniya).
















Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR