Siqareti tərgitdikdən 15 il sonra ürək xəstəlikləri riski azalır

Siqareti tərgitdikdən 15 il sonra ürək xəstəlikləri riski azalır
12:58 19 İyun 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Amerikalı alimlər müəyyənləşdiriblər ki, siqaretdən imtina edən insanlarda yalnız 15 ildən sonra ürəklə bağlı problemlər aradan qalxır.
Mütəxəssislər 4 min nəfərin məlumatlarını öyrənərək bu qənaətə gəliblər. Lakin bunun il ərzində günə 20 dənə siqaret çəkənlərə dəxli yoxdur. Onlarda ürək xəstəlikləri riski bir çox illər ərzində saxlanılır.
Araşdırma 13 il müddətində aparılıb. Məlum olub ki, siqaret çəkənlərdə ürək çatışmazlığı tütündən istifadə etməyən insanlarla müqayisədə 21 faiz artıq inkişaf edir. Həddindən çox siqaret çəkənlərdə isə bu göstərici 30 faizə çatıb. Bu zərərli vərdişdən imtina etməyən insanlar arasında ürək problemləri riski siqareti atanlarla müqayisədə 50 faiz təşkil edib.
Mütəxəssislər tütünün sağlamlığa mənfi təsiri haqqında xəbərdarlıq edirlər. Məsləhət bilirlər ki, siqaretdən imtina etmək heç vaxt gec deyil, amma ona əl vurmamaq daha yaxşıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siqareti_tergitdikden_15_il_sonra_urek_xestelikleri_riski_azalir-865240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR