"İctimai nəqliyyatdan istifadə edirəm" - "Eurovision" təmsilçimiz

"İctimai nəqliyyatdan istifadə edirəm" - "Eurovision" təmsilçimiz
15:31 19 İyun 2015
51 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Samir Cavadzadədən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin” verilişinə açıqlamasında bundan sonra yaradıcılığına fasilə verməyəcəyini bildirib:

“Bu yay istirahət etməyəcəm. Çünki illərdi mən dincəlirəm. Yeni bir komanda ilə işə başlamışam. Onlar mənə geri çəkilməyə imkan verməyəcəklər. Yeni mahnılarımız var. Hazırda üzərində çalışırıq”.

"Eurovision" təmsilçilərimizdən olan S.Cavadzadə ictimai nəqliyyatdan istifadə etməyi sevdiyini də deyib:

“Bunu eyib bilmirəm. Lazım gələndə istifadə edirəm. Hətta o gün məclisə gedirdim, yol tıxac idi. Düşündüm ki, metroya minim. Mən insanlar arasında olmağı, onların fikrini bilməyi xoşlayıram”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR